Menu

“20 Yanvar” dairəsində ağır qəza - Ölən var

26.03.2017, 11:24
“20 Yanvar” dairəsində ağır qəza - Ölən var

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Yasamal rayonu ərazisində – “20 Yanvar” dairəsində “Cherry” markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Bildirilir ki, 30-35 yaşlı piyada qaçaraq yolu keçməyə çalışıb və bu zaman sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. Piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol