Menu

Qərbi Mosuldan qaçqınların sayı 200 mini ötüb!

26.03.2017, 12:03
Qərbi Mosuldan qaçqınların sayı 200 mini ötüb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, hələ də «İslam dövləti» qruplaşmasının nəzarəti altında olan Mosul şəhərindən qaçqınların sayı 200 min nəfəri keçib. Bu barədə xəbəri İraqın miqrasiya və köçkünlərlə iş üzrə nazirliyinin xüsusi bəyanatına istinadla, «Əs-Sumariyyə» telekanalı yayıb.

Nazirliyin məlumatına görə, «hal-hazırda Qərbi Mosuldan qaçqınların sayı 201 min 275 nəfərə çatıb». Qeyd olunur ki, bütün bu insanlar şəhərin qərb hissəsinin azad olunması əməliyyatları başlanandan sonrakı dövrdə qaçanlardır və xüsusi düşərgələrdə yerləşdiriliblər. Onların 90 min nəfəri Əl-Kiyar şəhəri yaxınlığında müvəqqəti sığınacaq tapıb.

Bəyanatda həm də qeyd olunur ki, ümumilikdə, Neynəva əyalətinin (inzibati mərkəzi Mosul şəhəridir) azad edilməsi məqsədilə başlanan əməliyyatlar nəticəsində qaçqın və köçuün vəziyyətinə düşən mülki şəxslərin sayı 433 min nəfərdən artıqdır.

Bundan əvvəl xəbər verilib ki, İraq ordusu dinc əhali arasında qurbanların sayının yüksək olması səbəbilə, Mosulun qərb məhəllələrinin terrorçulardan təmizlənməsi əməliyyatını dayandırmaq barədə qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol