Menu

Masallıda süpürgəçini avtomobil vuraraq öldürüb

26.03.2017, 13:09
Masallıda süpürgəçini avtomobil vuraraq öldürüb

Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol