Nəhayət, saat 17:05-də təxminən 10-15 müxalifətçi gənc fəal meydana daxil olaraq aksiyalarını keçiriblər.
Virtualaz.org bildirir ki, müxalifətçi gənclər bu dəfə hakimiyyətin ünvanına tənqidi şüarlar səsləndirməyiblər.
Onlar sadəcə olaraq yoldan keçənlərə gül və konfet paylayaraq hamını Cümhuriyyət Günü münasibətilə təbrik ediblər.
Sonra da meydanı sakitcə tərk edərək dağılışıblar.
Polis aksiyaya müdaxilə etməyib. Heç bir insident qeydə alınmayıb.
-------
“D18” adlı müxalifətçi gənclər təşkilatının üzvləri bu gün Cümhuriyyət Günü ilə bağlı Bakının mərkəzində bayram aksiyası keçirməyə qərar verib.
Virtualaz.org saytına bu barədə adıçəkilən təşkilatdan məlumat verilib.
Amma həmin aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını, yəni icazəsiz olduğunu nəzərə alsaq, onun qarşısının alınacağına şübhə yoxdur.
Virtualaz.org saytının hazırda aksiyanın keçiriləcəyi məkanda - Fəvvarələr meydanında olan əməkdaşı xəbər verir ki, ora xeyli polis qüvvəsi cəlb olunub. Polislər aksiyanın başlanacağı vaxtı gözləyirlər.


Şərhlər