Moskvada "Omeqa Plaza" ticarət mərkəzində partlayış təhlükəsi ilə əlaqədar 300 nəfər təxliyə edilib. TASS-ın verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat yayıblar.
Məlumatda deyilir: "İlkin məlumatlara görə, binada partlayıcı qurğunun olması barədə anonim zəng gəlib. Partlayış təhlükəsi ilə əlaqədar binadan 300 nəfər təxliyə edilib".
Dərhal əraziyə xüsusi briqalar cəlb olunub.
Hazırda hadisə yerində əməliyyat aparılır, hələlik hər hansı partlayıcı maddəyə rast gəlinməyib.

Şərhlər