Menu

9 ay sonra Almaniya yığması qapısında qol gördü- Dmitri Nazarov vurdu

26.03.2017, 21:14
9 ay sonra Almaniya yığması qapısında qol gördü- Dmitri Nazarov vurdu

Almaniya milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub.

"Report"un məlumatına görə, bu, Bakıda Azərbaycan yığması ilə oyunda baş verib.

31-ci dəqiqədə Almaniyanın II Bundesliqasının "Aue" klubunda çıxış edən Dmitri Nazarov Bundestimin qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Almaniya millisi bu oyunadək 648 dəqiqədir qapısında qol görmürdü. Nazarovun qolu Bundestimi 679-cu dəqiqədə haqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol