Menu

London teraktında şübhəli bilinən daha 1 nəfər saxlanıldı

26.03.2017, 22:47
London teraktında şübhəli bilinən daha 1 nəfər saxlanıldı

Londonda törədilən terror aktında şübhəli bilinən daha 1 nəfər saxlanılıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdədir . Bundan əvvəl 10 şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terrorçu, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol