Menu

Bakıda maşın dayanacağa girdi, yaralılar var

29.05.2014, 01:46
Bakıda maşın dayanacağa girdi, yaralılar var

Bakının Yeni Yasamal massivində ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, qəzaya yük maşınının sərnişin avtomobilinə çırpılması səbəb olub.

Nəticədə sərnişin avtobusu "Bizim Market"in yaxınlığındakı dayanacağa girib.

Şahidlərin sözlərinə görə, dayanacaqda dayananlar arasında yaralılar var.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Əraziyə çox saylı insanların toplaşdığı və təcili tibbi yardım maşınlarının gəldiyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol