Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
"Report"un məlumatına görə, yanğın binanın sonuncu mərtəbəsində baş verib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, yanğın baş vermiş binada Bakı Dövlət Universitetinin (BDU) müəllimləri yaşayır.
* * *
Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.
APA-nın məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
* * *
Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə BakiPost.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.





Şərhlər