Menu

 "Rusiyaya qarşı sanksiyalar qanunidir" - Aİ məhkəməsi

28.03.2017, 20:30
 "Rusiyaya qarşı sanksiyalar qanunidir" - Aİ məhkəməsi

Lüksemburqda yerləşən Avropa Məhkəməsi Krımın ilhaqının ardınca bir neçə Rusiya şirkətinə qarşı qəbul edilmiş Aİ sanksiyalarının qanuni olduğu barədə qərar çıxarıb.

Rusiyanın neft nəhəngi Rosneft sanksiyaların Aİ-nin daxili qanunvericiliyinə zidd olduğunu iddia edirdi.

Məhkəmə hökmündə neft şirkəti tərəfindən irəli sürülmüş iradların təfərrüatları açıqlanmır.

Aİ məhdudiyyətlərini tənzimləyən Avropa Şurasına qarşı məhkəmə iddiası 2014-cü ildə, o cümlədən Rosneft şirkəti və iş adamı Arkadi Rotenberq tərəfindən, qaldırılıb.

Rosneftlə yanaşı həmin dövrdə sanksiyalar siyahısına Qapzpromneft, Transneft və 5 daha dövlət bankı salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol