Ermənistan prezidenti Serj Sərkisyan mayın 29-da Qazaxıstanın Astana şəhərində Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edib.
“Media forum” saytının məlumatına görə, Sərkisyan deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına iyunun 15-də qoşulmaq niyyətindədir. O, iclasda Rusiya, Qazaxıstan və Belarus prezidentlərinə - Avrasiya İqtisadi İttifaqının təsisçilərinə üz tutaraq iyunun 15-ni Ermənistanın bu ittifaqa qoşulacağı, müqaviləni imzalayacağı gün kimi rəsmiləşdirməyi xahiş edib.


Şərhlər