Menu

Britaniya qırıcıları Qara dəniz üzərində

28.03.2017, 23:26
Britaniya qırıcıları Qara dəniz üzərində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniya NATO əməliyyatları çərçivəsində Qara dənizin hava məkanında patrul xidməti keçmək üçün Rumıniyaya dörd ədəd «Typhoon» qırıcı təyyarə göndərəcək. Xəbəri Birləşmiş Krallığın Müdafiə Nazirliyi (MN) yayıb.

Nazirliyin məlumatına görə, Britaniya qırıcıları may ayından başlayaraq Qara dəniz bölgəsində növbə çəkməyə başlayacaq və dörd ay ərzində Rumıniyanın cənub-şərqindəki «Mixail Koqelniçanu» hərbi-hava bazasında yerləşəcək.

«Krallıq hərbi-hava qüvvələrinin təyyarələri Rumıniyada yerləşəndən sonra NATO-nun hava məkanının və Qara dəniz bölgəsindəki müttəfiqlərimizin təhlükəsizliyini təmin etmək üçün hazır olacaq» - deyə, Britaniyanın müdafiə naziri Maykl Fellon bəyan edib.

Nazirlik xatırladır ki, bu yaxınlarda Britaniya hərbçiləri NATO-nun «öndə iştirak planının gücləndirilməsi» çərçivəsində Estoniyada yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol