Yeni mövsümdən "Fənərbağça"nı çalışdıracağı gözlənilən Aykut Kocamanın İstanbul klubunda görmək istədiyi futbolçular müəyyənləşib.
Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, türk mütəxəssisin transfer siyahısında U-21 millimizin üzvü Ozancan Kökcü də var. A.Kocamanın alınmağı istədiyi ilk oyunçunun O.Kökcünün olduğu bildirilib.
Qeyd edək ki, O.Kökcü "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır. "Fənərbağça"nın da məhz mövsümün sonu azad agent statusu alacaq oyunçuları izlədiyi iddia edilir.


Şərhlər