Menu

Bakının əsas rəqibi olimpiadadan imtina etdi

29.05.2014, 14:11
Bakının əsas rəqibi olimpiadadan imtina etdi

ABŞ-ın Nyu-York şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən imtina edib. Sportnet.az-ın "Wall Street Journal"a istinadən məlumatına görə, bu barədə şəhər meriyası qərar verib.

Merin müavini Alisiya Qlen bildirib ki, şəhər rəhbərliyi bütün müsbət və mənfi məqamları qiymətləndirdikdən sonra turist axınının artımına və beynəlxalq səviyyədə əlavə tanıtıma ehtiyac duymadıqları qənaətinə gəlib.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlər arasında Bakı şəhərinin də yer alacağı gözlənilir. Qalib şəhərin adı 2017-ci ildə açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol