Menu

Füzuli hücumunun sirləri açılır: daha 4 əsgər yaralanıb

29.05.2014, 14:15
Füzuli hücumunun sirləri açılır: daha 4 əsgər yaralanıb

“Mayın 28-də baş verən atışma zamanı yaralanan 4 əsgərimizin vəziyyəti normallaşmağa başlayır”.Bu açıqlama ilə İrəvan hospitalının rəisi Aram Asaturyan çıxış edib.

O, hazırda yaralılardan yalnız ikisinin vəziyyətinin ağır olduğunu söyləyib: “Hərbçilər daha çox qəlpə yaraları alıblar. İki hərbçimizdə isə kəllə-beyin travması var. Onların vəziyyəti sabit ağır olaraq qalır”.

Qeyd edək ki, mayın 28-də Füzuli istiqamətində erməni hərbi birləşmələrinin diversiya-kəşfiyyat qrupunun hücumunun qarşısı ordumuz tərəfindən alınıb. Hücumun qarşısını alan zaman isə bir kapitan və bir gizirimiz şəhid olub, daha bir əsgərimiz yaralanıb.

Onu da xatırladaq ki, dünən Ermənistan Müdafiə Nazirliyi öncə yalnız 19 yaşlı Erik Qasparyanın həlak olduğunu bildirmişdi. Nazirlik heç bir yaralının olmadığını söyləmişdi. Sonra isə iki yaralının olduğunu elan etdilər.

Hazırda verilən açıqlama və 4 yaralının olduğunu bildirməsi isə son diversiya əməliyyatının qarşısının alınması zamanı ermənilərin ciddi itki verdiyi, ancaq bunu gizlətdiyi barədə ehtimalları daha da gücləndirir (axar.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol