AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp eks-prezident Barak Obamanın «Təmiz enerji» planının müddəalarına təzədən baxacaq və yeni kömür yataqlarının işlənməsinə qoyulmuş qadağanı aradan götürəcək yeni qanun imzalamaq niyyətindədir.
Xəbəri, ABŞ-n ətraf mühitin qorunması Agentliyinin başçısı Skott Pryuittə istinadla, «Fox News» telekanalı yayıb.
Beləliklə, Pryuittin sözlərinə görə, Prezident eyni vaxtda «həm ətraf mühitin mühafizəsi, həm də yeni iş yerlərinin yaradılması kursunu götürəcək».
Gözlənildiyinə görə, bundan əlavə Prezident öz sələfi tərəfindən 2016-cı ildə ortaya qoyulmuş «Təmiz enerji» planına yenidən baxacaq və yeni kömür yataqlarının işlənməsinə qoyulmuş moratoriumu ləğv edəcək.
Bununla yanaşı, telekanal qeyd edir ki, ABŞ administrasiyası ölkənin iqlim üzrə Paris razılaşmasından çıxması məsələsində hələlik vahid fikirə gəlməyib.
Saziş 2016-cı ilin sentyabrında Vaşinqton tərəfindən ratifikasiya olunub.


Şərhlər