Menu

Qusar sakini məktub yazıb özünü asdı

29.03.2017, 22:29
Qusar sakini məktub yazıb özünü asdı

Qusar rayonunda 84 yaşlı kişi intihar edib.

Qusar Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Yasab kəndinin sakini Mövliddin Şərifov bu gün səhər saatlarında yaşadığı evin həyətində talvardan özünü kəndirlə asıb.

Onun evdə tək yaşadığı, intihar etməzdən əvvəl ölümündə heç kimin günahının olmadığı barədə məktub yazdığı bildirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol