Menu

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

30.03.2017, 02:01
Bu reyslərdə planşet və noutbuklara icazə verildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" aviaşirkəti ABŞ-a uçuşlar zamanı öz sərnişinlərinə pulsuz planşetlər təqdim etməyə başlayıb.

Trend-in məlumatına görə, bu addım ABŞ-ın bu ölkəyə gələn təyyarələrdə telefonlardan başqa digər elektron cihazların qadağan olunması qərarına cavab olaraq atılıb.

Bundan başqa, BƏƏ-nin digər aviaşirkəti "Emirates" də ABŞ-a gedən sərnişinlərə uçuş zamanı noutbuk təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Yaxın Şərq və Şimali Afrikanın 10-dək hava limanından gələn reyslərdə telefon və smartfonlardan böyük elektron cihazların təyyarəyə götürülməsini qadağan edib. Qərar martın 25-dən qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol