Menu

Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi üçün 3,8 milyon manat ayırılıb

30.03.2017, 11:25
Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi üçün 3,8 milyon manat ayırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol