Menu

Bakıda restoran yanıb- FOTOLAR

29.05.2014, 16:41
Bakıda restoran yanıb- FOTOLAR

Bakıda restoranda yanğın baş verib.Hadisə Binəqədi rayonunda, “Oazis” əyləncə mərkəzinin yanında yerləşən “Meşəbəyi” restoranında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, ümumi sahəsi 420 kv/m olan restoranda baş verən yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın nəticəsində restoranın 260 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol