Menu

Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb

30.03.2017, 22:03
Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb

Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol