Menu

Ziya Məmmədovun gəlini moda nümayişində -FOTOLAR

29.05.2014, 18:26
Ziya Məmmədovun gəlini moda nümayişində -FOTOLAR

Şou-biznes Məşhur fransız dizayneri Rolan Murenin mayın 23-də Scoop Emporium butikində keçən "Payız-Qış 2014" kolleksiyasının nümayişi moda həvəskarları üçün vacib hadisə olub.

ANS PRESS-in buro24/7-ə istinadən verdiyi məlumata görə, həmin gün kutyurye şəxsən mağazanın önündə Le Palais Royal stilində dekorasiya edilmiş meydançada qonaqları qəbul edib. Fransız duetinin musiqi sədaları altında qonaqlara növbəti mövsümün son kolleksiyası nümayiş olunub.

Roland Mouret brendi Hollivud ulduzlarının ən sevimli markalarından biridir. Moda evi 1998-ci ildə keçmiş model Rolan Mure tərəfindən yaradılıb. Günəşli Şərq şəhəri Bakının gözəlliyinə heyran olan dizayner təəssüratlarını jurnalistlərlə bölüşüb: "Bu, Bakıya ilk səfərimdir. Mən yeni ölkələrə səfər etməyi çox sevirəm. Bəxtim gətirdi ki, belə bir şəhərə səfər edə və buradan ilhamlana bildim".

Kolleksiya tezliklə Scoop vitrinlərində olacaq. Artıq hər kəs nümayişdən bəyəndiyi əşyanı əldə edə biləcək.

Qeyd edək ki, kolleksiyanın nümayişində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı da iştirak edib.

Yeri gəlmişkən nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun həyat yoldaşı ilə ilk dəfə mart ayında media qarşısına çıxıb. Cütlük Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanovanın baş redaktoru olduğu buro24/7 saytının təqdimat mərasimində iştirak edib.

Qeyd edək ki, Anar Məmmədovun həyat yoldaşı kənd təsərrüfatı naziri Heydər Əsədovun qızıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol