Menu

"Toyota" avtomobillərini geri çağırır

30.03.2017, 23:17

toyotaYaponiyanın "Toyota Motor" avtomobil şirkəti bütün dünyada 2,9 milyon avtomobilini geri çağırır.

Trend-in məlumatına görə, bu qərar "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarındakı problemlərlə əlaqədardır.

Məlumatda qeyd olunur ki, problemlər "Toyota Corolla" və "Toyota RAV4" modellərində aşkar edilib.

Ayrı-ayrılıqda Yaponiyada 750 min, Çində 650 min, Yaxın Şərqdə və Okeaniyada 1,16 milyon avtomobil geri çağırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol