Menu

Beynəlxalq Bank Hafiz Məmmədovun şirkətini məhkəməyə verdi

31.03.2017, 10:18

56273_src

Azəbaycan Beynəlxalq Bankı" ASC "Baghlan Group FZCO" şirkətini və "Baghlan Treydinq" MMC Naxçıvan filialını məhkəməyə verib.

"Report"un əldə etdiyi məlumata görə, bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Baghlan Group FZCO" şirkətinin sahibi "Bakı" klubunun prezidenti Hafiz Məmmədovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol