Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.
APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 m2 olan geyim mağazalarının tavanları ümumilikdə 22 m2 sahədə yanıb.
Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
Sahibkarla dəyən ziyanın miqyası barədə hələ ki, məlumat verilmir.


Şərhlər