Rusiya birinciliyinin üçüncü divizionunda iştirak edəcək komandalar arasında yeni klub peyda olub-"Ararat".Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, yarısı erməni mənşəli Rusiya oyunçularından ibarət olan Moskva komandası məşhur Yerevan klubunun adını götürüb.
"Ararat" Rusiya birinciliyinin matçlarını (Moskva zonası) İqor Netto adına "Spartak" stadionunda keçirməyi planlaşdırır. Klub birinci oyunda (12 aprel) "Zelenoqrad" klubu ilə qarşılaşacaq.


Şərhlər