Menu

Livanın erməni əslli nazirindən HƏYASIZ AÇIQLAMA...

01.04.2017, 15:23
Livanın erməni əslli nazirindən HƏYASIZ AÇIQLAMA...

"Türkiyədə bu an çox problem var. Bu vəziyyətdən çox xoşbəxtəm. Türkiyə ilə uzaqdan yaxından əlaqəsi olan heç bir şeyi təşviq etmirəm. Onların heç bir məhsulunu tövsiyə etmirəm".

Moderator.az xəbər verir ki, bunu Livan Turizm naziri Avadis Kaydanyan televiziyada çıxışı zamanı deyib.

MTV Livan kanalına danışan Erməni Daşnak Partiyasının Ümumi Başçı Köməkçisi və Livan Turizm naziri Avadis Kaydanyanın söylədiyi sözlər mübahisə yaradıb.

Erməni nazir Kaydanyan çıxışı zamanı "Türkiyədə bu an çox problem var. Bu çətinliklər onlar üçün pis bir vəziyyət, ancaq bizim üçün yaxşı bir fürsət. Bu vəziyyətdən çox xoşbəxtəm çünki onları sevmirəm" ifadələrini istifadə edib.

"Türkiyəli turistləri Livana gəlməyə təşviq edə bilirsinizmi?" sualına isə nazir Kaydanyan, bu cavabı verib:

"Türkiyə ilə uzaqdan yaxından əlaqəsi olan heç bir şeyi təşviq etmirəm. Onların heç bir məhsulunu tövsiyə etmirəm və onlarla hər hansı bir əlaqənin qurulmasını istəmirəm. Livan hökumətində nazir olmam səbəbiylə bu şəxsi fikirlərimi söyləməmə icazə verilmir. Buna baxmayaraq mən nəyə inanıramsa onu ​​söyləyirəm. Bir fərd olaraq Türkiyə xalqının Livana gəlməsini əngəlləyəməm, ancaq onları hava limanında da qarşılamaq istəmirəm".

Program aparıcısının, Livan ilə Ermənistan arasında bir seçim etməsi lazım olsa hansını seçəcəyini soruşmağı üzərinə nazir Kaydanyan, Ermənistanı seçim edəcəyini söyləyib.

Livan mətbuatında və ictimai mediada, nazir Kaydanyanın, "Ermənistanı seçərəm" sözləri reaksiyaya səbəb olub.

Sosial mediada, "Kaydanyan, üzr dilə" və "Istefa et" başlıqlı kampaniya başladan Livanlılar, "Livan hökumətindəki bir nazir başqa bir ölkəni seçim edəcəyini necə söyləyə bilər?" ifadələri ilə reaksiyalarını göstərdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol