Menu

Əfqanıstanda gün ərzində 27 silahlı zərərsizləşdirilib

02.04.2017, 00:31
Əfqanıstanda gün ərzində 27 silahlı zərərsizləşdirilib

Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri (ƏMTQ) gün ərzində ölkənin 34 əyalətindən 11-də aparılan anti-terror reydləri zamanı 27 terrorçunu zərərsizləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə şənbə günü İslam Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, eyni zamanda 6 terrorçu əsir götürülüb, həmçinin 17-si yaralanıb. Bununla yanaşı, çoxlu sayda döyüş sursatı aşkar edilərək götürülüb, 1 minalanmış avtomobil, üç motosiklet və terrorçuların sığınacağı məhv edilib.

Hərbçilər tərəfindən itkilər barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol