Menu

Masallıda xəttə çıxmalı olan avtobusların akkumulyatorları oğurlanıb

02.04.2017, 17:04

akkumulyatorMasallı rayonunda avtomaşınların akkumulyatorları oğurlanıb.

"Report"un Cənub bürosunun vediyi xəbərə görə, oğurluq hadisəsi Masallı-Boradigah marşrutu üzrə işləyən 22 saylı sərnişin mikroavtobuslarının Ərkivan qəsəbəsindəki qarajda baş verib.

Sürücülər hadisə barədə "102" xidmətinə məlumat veriblər. Səhər marşrut üzrə xəttə çıxmaq istəyən sürücülər akkumulyatorların oğurlandığını görüblər. Sürücülərə ümumilikdə 1350 manat dəyərində ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol