Menu

Çayxanada qanlı dava - Bir nəfər bıçaqlandı

02.04.2017, 18:30

bicaqBərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M. İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M. İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol