Menu

Sankt-Peterburq metrosunun daha bir stansiyasında bomba tapıldı

03.04.2017, 17:50
Sankt-Peterburq metrosunun daha bir stansiyasında bomba tapıldı

Sankt-Peterburq metrosunun "Ploşşad Vosstaniya" stansiyasında partlayıcı qurğu tapılıb.

APA-nın xəbərinə görə, bu barədə "Fontanka" saytı xəbər yayıb. Partlayıcı qurğu işə düşməyib. Hazırda bomba zərərsizləşdirilir.

Xatırladaq ki, metronun "Texnoloqiçeskiy institut" və "Sennaya ploşşad" stansiyalarında baş vermiş partlayışlar nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb. Bütün metro stansiyaları bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol