Menu

Azərbaycan-Ermənistan sərhəddində zəlzələ...

30.05.2014, 12:16
Azərbaycan-Ermənistan sərhəddində zəlzələ...

Azərbaycan-Ermənistan sərhəddində zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər 07:15-də qeydə alınıb.

Yeraltı təkanlar Vardenis şəhərindən 29 km aralıda qeydə alınıb. Zəlzələnin gücü episentrdə 3 bal olub.

Qeyd edək ki, bu gün səhər saat 06:32-də Xəzər dənizində də zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzindən verilən məlumata görə, zəlzələnin şiddəti 3.6 bal gücündə qeydə alınıb.

57 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

Ötən axşam saat 18.14-də də Xəzər dənizində zəlzələ qeydə alınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol