Menu

Ağcabədidə 3 yaşlı uşaq kanalda batıb - Yenilənib

04.04.2017, 00:45
Ağcabədidə 3 yaşlı uşaq kanalda batıb - Yenilənib

Ağcabədidə bədbəxt hadisə baş verib

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ağcəbədi rayonu ərazisində, süni suvarma kanalında (ən yaxınlıqdakı məntəqədən 170 km aralıda, nəzarətsiz ərazidə) 2014-cü il təvəllüdlü, Quliyev Yasin Xəyyam oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Quliyev Yasin Xəyyam oğlunun cəsədi batdığı yerdən 8 km aralıda çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat 22:45-də başa çatıb.

***

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu, Ağcabədi şəhərində 2015-ci il təvəllüdlü Quliyev Yasin Xəyyam oğlunun kanalda batması barədə məlumat daxil olub.

Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol