Menu

Dostunu bıçaqlayan şəxs azadlığa buraxıldı

04.04.2017, 13:31
Dostunu bıçaqlayan şəxs azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Maşallah Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Qurbanov barəsində 2 il sınaq müddəti tətbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, ötən ilin noyabrında Xəzər rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəxri Mirzəyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən tanışı, Göygöl rayon sakini M.Qurbanov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol