Menu

Banklar dolları daha da ucuzlaşdırdı

04.04.2017, 15:38

exchange dollar manatAzərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişikliklər edib. Fins.az-ın araşdırmasına görə, demək olar ki, bütün banklarda həm alış, həm satış qiymətləri ucuzlaşıb.

Belə ki, dolların alışında ən böyük ucuzlaşma "Expressbank"da baş verib - 3 qəpik. Səhəh saatlarında bank dolları 1.7100 manata alırdı. İndi isə bu məzənnə 1.6800 manatdır.

Onu da qeyd edək ki, "Unibank"da səhər saatları ilə müqayısədə ucuzlaşma daha böyük məbləğdədir - 4 qəpik. Səhər dolları 1.7160 manata alan bank indi 1.6700 manata alır.

Dolların satışında ən böyük bahalaşma 1.50 qəpik təşkil edir. "Günaybank", "Muğanbank", "Nikoilbank", "Yapı Kredi Bank" dolların satışını bu aralıqda ucuzlaşdırıb:

"Günaybank" 1.7350 manatdan 1.7200 manatadək;

"Muğanbank" və "Nikoil Bank" 1.7500 manatdan 1.7350 manatadək;

"Yapı Kredi Bank" 1.7400 manatdan 1.7250 manatadək.

Beləliklə, saat 14:40 üçün dolların ən sərfəli alış məzənnəsi "NBC Bank"dadır - 1.7150 manat.

Dolların ən sərfəli satış qiyməti isə "Amrahbank" və "GünayBank"dadır - 1.7200 manat.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol