Menu

Aİ Ukraynaya 600 mln. avro köçürüb

04.04.2017, 21:13
Aİ Ukraynaya 600 mln. avro köçürüb

Avropa İttifaqı makromaliyyə yardım çərçivəsində bu gün Ukraynaya 600 mln. avro köçürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bu gün Aİ 600 mln. avro həcmində ikinci ödəməni həyata keçirib. Vəsait Ukrayna iqtisadiyyatının stabilləşdirilməsi və islahatlaşdırılması üçün makromaliyyə yardım çərçivəsində ayrılıb”, - deyə Poroşenko “Twitter” səhifəsində bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol