Menu

Rusiyanın Ehtiyat Fondu əriyir...

04.04.2017, 23:52
Rusiyanın Ehtiyat Fondu əriyir...

Rusiyanın Ehtiyat Fondu bu ilin martında 2% də azalıb.Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Maliyyə Nazirliyi yayıb. Nazirlik Fondun hazırda 912,95 milyard rubl (16,19 milyard dollar – red.) təşkil etdiyini bildirib.

Rusiyanın Milli Rifah Fondunda isə 1,7% azalma olub. Hazırda Milli Rifah Fondu 4,134 trilyon rubl həcmindədir.

Qeyd edək ki, fevral ayında Rusiyanın Ehtiyat Fondu 931,31 milyon rubl olub. Ehtiyat Fondu 2015-ci ilin yanvarından indiyə qədərki dövr ərzində 71 milyard dollar azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol