Aprel ayının 5-də xarici valyuta satan bankların sayı 28-ə çatıb.
Fins.az dollar/avro alıb satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.
Dollar qiymətləri
Bu gün dolları ən yüksək qiymətlə alan Pakistan Milli Bankının Bakı filialıdır – 1.7000 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “Accesbank”dır. Bu bankda dolların alış qiyməti 1.6730 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti “ExpressBank”, “Gunaybank” və “NBCBank”dadır – 1.7150 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.7500 manatdır. Bu məbləğdə dolları Pakistan Milli Bankının Bakı filialı satır.
Avro qiymətləri
Bu gün Avropa valyutasını ən baha alan “Bank Avrasiya” və “Bank Silk Vey”dədir. Bu bankda 1 avro 1.8100 manata alınır.
Avronu ən ucuz alan “Bank of Baku”dur – 1.7500 manat.
Avronu ən ucuz satış qiyməti “UniBank”dadır – 1,8377 manat.
Avronun ən baha satış qiyməti 1.8861 manatdır. Bu gün Azərbaycan Beynəlxlq Bankı Avropa valyutasını həmin məzənnə ilə satır.

Şərhlər