Menu

Bakıda daha 3 yol bu axşam bağlanacaq

05.04.2017, 17:11

bagli yol temirBu gecə Bakının Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, qeyd edilən küçələrdə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.

"Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol