Menu

Şəmkir sakini özünü yandıraraq intihara cəhd edib

05.04.2017, 23:26
Şəmkir sakini özünü yandıraraq intihara cəhd edib

Şəmkir rayonunda qadın intihara çəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Sevinc Hüseynova hələ ki bilinməyən səbəbdən özünü yandıraraq intihara cəhd edib. Ağır yanıq xəsarətləri alan qadın yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, ilkin tibbi yardım aldıqdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol