Menu

Meksika ABŞ zavodlarını Çin zavodları ilə əvəzləyəcək

06.04.2017, 00:55
Meksika ABŞ zavodlarını Çin zavodları ilə əvəzləyəcək

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin tərəfi Meksikada yeni avtomobil zavodları tikmək barədə düşünür. Çin Xalq Respublikasının (ÇXR) şirkətləri bu qərara, ABŞ Prezidenti Donald Trampın Meksikadan idxal olunan avtomobillərə yüksək vergi rüsumlarının tətbiq olunacağı barədə hədə-qorxu gəlməsindən sonra gəliblər.

Xəbəri «Röyter» agentliyi yayıb.

Nəticədə, «Fiat» və «General Motor» kimi Amerika bazarına köklənmiş avtomobil şirkətləri Meksikada istehsal güclərini inkişaf etdirməmək barədə qərara gəliblər.

Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, bu qərardan Meksikanın Nuevo-Leon və San-Potosi ştatları zərər çəkiblər.

Ancaq indi bu ştatlarda «The Great Wall Motor» Çin avtomobil şirkətinin zavodlarının tikilməsi imkanlarına baxırlar. Agentlik bildirir ki, şirkətin yüksək məqamlı şəxsləri artıq «Ferrocarril Mexicano» Meksika dəmir yolu şirkətinin və «Kansas City Southern de Mexico» nəqliyyat şirkətinin nümayəndələri ilə görüş keçiriblər.

Xəbər verildiyi kimi, «The Great Wall» zavodunun tikintisinə artıq növbəti ildə başlana bilər. Bu layihə təxminən 500 milyon dollara başa gələcək. Zavodda Meksika və Amerika bazarı üçün 250 min avtomobil istehsal oluna biləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol