AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) xüsusi xidmətlərini ekstremizm və beynəlxalq terrorçuluqla mübarizə sahəsində effektli fəaliyyət göstərmək üçün sıx koordinasiyaya çağırıb.
Bu barədə, MDB üzv dövlətlərinin kəşfiyyat və təhlükəsizlik orqanları nümayəndələrinin 14-cü İclasının iştirakçılarına göndərilən teleqramda söhbət açılır.
«Ekstremizm və beynəlxalq terrorçuluqla effektli mübarizə aparmaq, sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı digər məqsədlər üçün xüsusi xidmətlərin sıx koordinasiyası olduqca vacibdir. Məhz dəqiq, koordinasiya olunmuş qarşılıqlı fəaliyyət, vaxtlı-vaxtında operativ və analitik informasiyaların mübadiləsi MDB məkanında müasir çağırışlara müvəffəqiyyətlə qarşı durmağa imkan yarada bilər» - teleqramın mətnində deyilir.
Dövlət başçısı həm də ümid etdiyini bildirib ki, iştirakçılar iclasın gedişində «bir çox vacib məsələləri» müzakirə və «əməkdaşlığın ən persektivli istiqamətlərini» müəyyən edəcəklər. «Bu istiqamətdə Sizə, məhsuldar təmaslar və uğurlar arzulayıram» - deyə, Prezident əlavə edib.
Bundan başqa, Putin qeyd edib ki, MDB ölkələrinin kəşfiyyat xidmətlərinin əməkdaşlığının əsas prinsipləri barədə Sazişin fəaliyyət göstərdiyi 25 ildə bu əməkdaşlıq «dayanıqlı və məhsuldar xarakter alıb», eyni zamanda «özünün lazımlılığını və aktuallığını işdə təsdiqləyib».
Bundan əvvəl xəbər verilmişdi ki, Putin Almaniya və Fransa liderləri - Merkel və Ollanda xüsusi xidmətlər arasında informasiya mübadiləsinin fəallaşdırılması barədə razılığa gəlib.


Şərhlər