«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hökuməti Ukraynaya maliyyə yardımının həcmini azaltmaq barədə qərar qəbul edib. Çərşənbə günü bu barədə ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bricit Brink xəbər verib.
«Bu büdcə əvvəlkilərdən kiçik olacaq» - deyə, müavin «Atlantic Council» konfransında bəyan edib.
ABŞ-n Ukraynadakı keçmiş səfiri Con Herbet də təsdişləyib ki, Ukraynaya ayrılan yardım azaldılacaq. Onun sözlərinə görə, bu addım ABŞ-n daxili işləri (daha doğrusu, problemləri ilə - red.) ilə bağlıdır.
Bundan əvvəl beynəlxalq valyuta Fondu (BVF) dördillik kömək proqramı çərçivəsində Kiyevə növbəti 1 milyard dollarlıq tranşı təsdiqləyib. Bundan başqa, Prezident Poroşenkonun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya 600 milyon dolar vəsait köçürüb.


Şərhlər