«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Amerika neftinin ən böyük alıcısına çevrilib.
Cari ilin fevralında Çin 8,8 milyon barrel Amerika nefti alaraq, ABŞ neftinin «başlıca» alıcısı olan Kanadanı qabaqlayıb. Kanada fevral ayında 6,84 milyon barrel ABŞ nefti alıb ki, bu da yanvardakı həcmdən 20,0 faiz azdır. ABŞ-n statistik məlumatlarına istinadla, xəbəri «Blomberq» yayıb.
Ay ərzində ABŞ 31,2 milyon barrel neft ixrac edib. Beləliklə, agentliyin məlumatına görə, ABŞ neft bazarında rəqabət qabiliyyətli olur.
Amerika neftinin ixracı üzərindən qadağa 19 dekabr 2015-ci ildə götürülüb. O zaman ABŞ Prezidenti Barak Obama 1975-ci ildən üzübəri davam edən embarqonun ləğvini nəzərdə tutan 2016-cı il üçün büdcə layihəsini imzalayıb. Ötən 40 il ərzində ilk dəfə olaraq, neftlə dolu tanker 2016-cı ilin yanvarında Amerika limanından yola salınıb. Tanker İtaliyaya istiqamət götürüb. Gəmi «Conoco Phillips» şirkətinə məxsus olub.


Şərhlər