Menu

Banklarda dollar dəyərini itirir

06.04.2017, 10:43

151230163702_baku_exchange_bbc_624x351_bbc_nocreditBu gün Azərbaycan kommersiya banklarının bir çoxu dolların alış-satış kursunu daha da ucuzlaşdırıb. Fins.az xəbər verir ki, hazırda dolların ən aşağı alış kursu 1.6600 manat, ən aşağı satış məzənnəsi isə 1.6880 manatdır.

Belə ki, dünən axşam saatları ilə müqayisədə "AG Bank" dolların alış və satış kursunu 1 qəpik ucuzlaşdırıb: alış - 1.6750 manatdan 1.6650 manatadək, satış - 1.7300 manatdan 1.7200 manatadək.

Bundan başqa, "Yapı Kredi Bank Azərbaycan" dolların alış məzənnəsini 1.6650 manatdan 1.6600 manatdək, satışını 1.7160 manatdan 1.7150 manatadək ucuzlaşdlrlb.

"Amrahbank" və "Atabank" isə yalnız dolların alış kursunu ucuzlaşdırıb:

"Amrahbank" 1.6700 manatdan 1.6600 manatadək;

"Atabank" 1.6800 manatdan 1.6700 manatadək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol