Menu

Ermənilər Tərtəri atəşə tutdu - Əhaliyə ziyan dəyib

06.04.2017, 16:13
Ermənilər Tərtəri atəşə tutdu - Əhaliyə ziyan dəyib

Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol