«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma papası Fransisk dünya birliyini məsuliyyət nümayiş etdirməyə və Suriyada müharibəni dayandırmağa çağırıb. O, Romada Müqəddəs Pyotr meydanında keçirdiyi həftəlik görüş zamanı Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə olunmasını qınayıb («Anadolu»).
«Suriyanın İdlib şəhərində kimyəvi silahla hücum edilməsi və nəticədə, köməksiz insanların, o cümlədən, uşaqların ölüm xəbərindən sarsıldım və bu olayı qətiyyətlə pisləyirəm» - Papa qeyd edib.
Aprelin 4-də kütləvi informasiya vasitələri (KİV) «Suriyada insan haqları Abservatoriyası» hüquq-müdafiə təşkilatı xəbər verib ki, «Rusiyaya və ya Suriya hökumətinə məxsus təyyarələr» zəhərli maddələrlə təchiz olunmuş döyüş sursatı ilə İdlibin Xan-Şeyxun əyalətinə zərbə endirib. Kimyəvi silahla hücum nəticəsində, müxtəlif məlumatlara görə, 100 nəfərə qədər sayda mülki şəxs həlak olub. Məhz hansı zəhərli maddənin tətbiq olunması barədə məlumat verilmir.
ABŞ Prezidenti Donald Tramp kimyəvi hücuma görə, məsuliyyəti Suriya Prezidenti Bəşər Əsədin üzərinə qoyub. Eyni zamanda, onun sözlərinə görə, bu olay Ağ evin keçmiş başçısının səhv qərarının nəticəsi olaraq baş verib.
Avropa diplomatiyasının başçısı Federika Moqerini isə öz növbəsində, bu hücuma görə, Əsəd hökumətini ittiham edib. Onun sözlərinə görə, «Prezident öz xalqına hücum etmək yox, onu qorumalıdır».
Bu fonda, bir maraqlı məqam diqqəti çəkir. Xatırlayırsınızsa, bir neçə gün bundan əvvəl Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının Romada keçirilmiş yubiley sammitindən əvvəl Almaniyanın kansleri Angela Merkel Avropa İttifaqının səhvlərindən danışarkən, miqrasiya probleminə xüsusi diqqət yönəltmişdi. Kansler təxminən, belə demişdi: «Elə etmək lazımdır ki, insanlar öz ölkələrindən qaçmasınlar…». İndi aydın olur ki, «reyxsfürer» məhz nəyi nəzərdə tuturmuş - «elə etmək lazımdır ki, insanlar öz ölkələrindən QAÇA BİLMƏSİNLƏR!»
Bəli... müsəlmanların genosidi davam edir - Qərbin «təlimat»ı əsasında…


Şərhlər