AzPolitika.info Rusiya KİV-ə istinadlə xəbər verir ki, Rusiya ordusu artıq növbəti ildə ən yeni S-500 zenit-raket sistemləri (ZRS) alacaq. Bu barədə müdafiə nazirinin müavini Yuri Borisov xəbər verib.
«Silahlanma üzrə dövlət proqramının (SDP) növbəti mərhələsində - 2018-ci ildən 2025-ci ilə qədər - biz, S-500 sistemlərinin dövlət sınaqlarının və seriyalı istehsalının başa çatdırılmasını planlaşdırmışıq» - deyə, Borisov bildirib.
Qeyd etmək yerinə düşərdi ki, S-500 zenit-raket sistemi «yer-hava» tipli hava hücumundan müdafiə sistemlərinin ən yeni nəsilidir.


Şərhlər