Menu

Aviabaza tam dağıdılıb, 4 Suriya hərbçisi ölüb - ABŞ-ın raket zərbələrinin nəticəsi

07.04.2017, 10:13
Aviabaza tam dağıdılıb, 4 Suriya hərbçisi ölüb - ABŞ-ın raket zərbələrinin nəticəsi

“ABŞ-ın raket zərbələri nəticəsində ölən insanlar var”.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib.

O, neçə nəfərin öldüyünü açıqlamayıb. T. Barazi qeyd edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi.

Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol