«AzPolitika.info»-nun məlumatına görə, Bosfordan keçən gəmilərin hərəkətini izləyən Türkiyə portalı «Bosphorus Observer» xəbər verib ki, Rusiya hərbi dəniz donanması (HDD) Aralıq dənizinə gəmilər göndərir. Konkret olaraq, portal «Admiral Qriqoroviç» freqatının Suriya sahillərinə doğru üzdüyünü yazıb və gəminin fotosunu xəbərə əlavə edib.
«Admiral Qriqoroviç» freqatı 11456 layihəsinin avanqard gəmisidir. Onun su tutumu 4 min tondur, sürəti 30 «uzel», muxtar üzüşü 30 gündür. Freqat, «Kalibr-NK» qanadlı raketləri, «Ştil-1» müdafiə kompleksi və A-190 tipli 199 millimetrlik artilleriya qurğusu ilə silahlanıb.


Şərhlər